Sağ liberal Vətəndaş Demokrat Partiyası, Xristian Demokratlar və “Ənənə Məsuliyyət Rifah 09” partiyasından ibarət “Birlikdə” partiya koalisiyası Çexiya Parlamentinin Deputatlar Palatasına (aşağı palata) seçkilərdə qalib gəlib.
AzerTimes-ın məlumatına görə, bu barədə 99,9 faiz səslərin hesablandıqdan CNN Prima NEWS televiziya kanalı Çexiya statistika idarəsinə istinadən bildirib.
Məlumata əsasən, “Birlikdə” 27,77 faiz seçici səsi toplayıb. Baş nazir Andriy Babişin ANO (“Narazı vətəndaşların hərəkəti”) hərəkatı 27,15 səs toplayıb. Lakin buna baxmayaraq parlamentin aşağı palatasında təmsil olunan ən güclü partiya sayılır: o, parlamentdəki 200 yerdən ən azı 70 -ni tutacaq.