Bakıda şadlıq saraylarında qiymət artımı ötən ay da davam edib.
AzerTimes xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
2024-cü ilin iyun ayında şadlıq saraylarında sifarişlərin sayı 18.4 faiz artıb. Tələbin artması qiymətlərə də təsir göstərib.
Belə ki, şadlıq saraylarında iyun ayında qiymətlər 7 faiz artıb. Xüsusən 40 manatadək olan menyularda qiyməti daha çox artıb: 9.4 faiz. Qiyməti 40-80 manat olan menyuların qiyməti 6.3 faiz yüksəlib.
Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 5.2 faiz artım qeydə alınıb.