Şadlıq evinin rəhbəri inzibati qaydada həbs edilib (FOTO)

Xəbər - Fərid Zöhrabov -Trend:

Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən “Alyans” şadlıq evində koronavirus epidemiyası ilə əlaqədar tətbiq edilmiş karantin rejiminin pozulması halları aşkar edilib.

Trend xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şadlıq evində karantin qaydalarının pozularaq 150 nəfərdən artıq şəxsin iştirakı ilə toy məclisi təşkil edildiyi məlum olub. Tədbir nəticəsində şadlıq evini icarə əsasında işlədən Rufan Qasımov Abşeron Rayon Polsi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində inzibati protokol tərtib edilib və məhkəmənin qərarı ilə həmin şəxs 8 sutka inzibati qaydada həbs olunub.

Teqlər: