Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahının sabiq rəisi general-polkovnik Nəcməddin Sadıqovun fotosu müzakirələrə səbəb olub.
AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, fotonun 2-3 gün əvvəl Bakıda at yarışları zamanı çəkildiyi iddia olunsa da, bir çoxları bunu təkzib edib. Belə ki, fotonun N.Sadıqov vəzifədə olarkən Binə Atçılıq Mərkəzində çəkildiyi açıqlanıb.
Xatırladaq ki, Nəcməddin Sadıqov 2020-ci ilin oktyabrında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsindən azad edilib.