Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 140 m² olan bir dam altında tikilən 3 ailənin yaşadığı evlərdən sahəsi 50 m² olan evin yanar konstruksiyaları və dam örtüyü, sahəsi 50 m² olan evin tavanı 20 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.