Sabunçuda yaşayış evində yanğın

Sabunçuda yaşayış evində yanğın

Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.

AzerTimes FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 80 m² olan birmərtəbəli, 2 otaqlı, tikintisi başa çatmayan evin 1 otağının, dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə, hamam otağında 1 ədəd su qızdırıcısı və 1 ədəd plastikdən ibarət qapısı yanıb. Yüksək temperaturdan digər otağın 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: