Bakı şəhərinin Sabunçu rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Bakı şəhərinin Sabunçu
rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi
sahəsi 55 m² olan 2 otaqlı mənzilin 1 otağında plastikdən ibarət
pəncərə çərçivəsi və ev əşyaları 2 m² sahədə yanıb.
Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən tüstüdən
zəhərlənmə əlamətləri ilə xilas edilərək aidiyyəti üzrə təhvil
verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb