Bakı şəhərinin Sabunçu rayonunda həyətyanı sahəyə yığılan ev əşyaları 8 m² sahədə yanıb.
Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.