Ötən gün Sabunçu Rayon İcra Hakimiyyətinin həyətində qudalar əlbəyaxa dava ediblər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən AzerTimes-a bildirilib ki, hadisə cari ilin aprel ayında baş verib.
Fakt üzrə cinayət işi başlanılıb. Qohumuna xəsarət yetirən şəxs saxlanılaraq istintaqa təhvil verilib və barəsində həbs qətimkan tədbiri seçilib.