Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar profilaktiki tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətindən AzerTimes-a verilən məlumata görə, Sabunçu rayonu ərazisində yerləşən restoranlardan birində nişan mərasiminin keçirildiyi barədə 12-ci Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarına əməl etməyən restoranın inzabatçısı, xidmət personalı və təşkilatçılar barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Ümumilikdə, 18 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.