Xəbər - Samir Əli – Trend:
Şabranda yabanı halda bitən çətənə kolları məhv edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzerTimes-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Gəndov kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
Ümumi çəkisi 100 kiloqramdan artıq olan, 234 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.