Şabranda təkər təmiri sexində usta bədbəxt hadisə nəticəsində ölüb.
Bu barədə AzerTimes-a Baş Prokurorluqdan bildirilib.
Qeyd edilib ki, Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən təkər təmiri sexindı işləyən 1999-cu il təvəllüdlü Rəfail Əzimov təmir işi görərkən təkərin partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.
“Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır”, – məlumatda deyilir.