Şabranda oğul anasını döyüb öldürdü

Xəbər - Samir Əli – Trend:

Şabran rayonunda oğul anasını qətlə yetirib.

Şabran Rayon Prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
martın 09-u saat 19 radələrində 1953-cü il təvəllüdlü Nuriyyə
Nəzirovanın Şabran rayonu ərazisində yaşadığı evdə aldığı
xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil
olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 1986-cı il
təvəllüdlü Məhəmməd Nazırovun sərxoş vəziyyətdə olaraq şəxsi
münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nuriyyə
Nəzirovaya bədəninin müxtəlif nahiyyələrinə təpik və yumruqla
çoxsaylı zərbələr yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr
müəyyən edilib.

Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.

Məhəmməd Nazırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam
etdirilir.

Teqlər: