Şabranda narkotik dövriyyəsinə qarşı əməliyyat keçirilib

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik
vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional
qrupundan AzerTimes-a verilən
məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində
narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və
satmasında şübhəli bilinən rayon sakini Seymur Aslanov saxlanılıb.
Həmin şəxsin üzərinə, eləcə də yaşadığı evə baxış keçirilən zaman
“patı”, “şüşə” adlandırılan psixotrop maddə metamfetamin, narkotik
vasitə olan heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq
götürülüb.


Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin
qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Teqlər: