Şabranda naməlum kişi meyiti tapılıb

Şabran rayonunda Gəndov kəndi ərazisindən keçən kanalda naməlum kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, qurumun “112” qaynar telefon xəttinə Vəlvələçay-Taxtakörpü kanalında aşkarlanan naməlum kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu əraziyə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Teqlər: