Şabranda körpələr evi-uşaq bağçası ilə bağlı məlumatlar araşdırılır – Təhsil Nazirliyi

Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası ilə bağlı sosial
mediada yayılan məlumata əsasən bildiririk ki, hazırda məsələ
araşdırılır.

AzerTimes-ın
məlumatına görə, bunu Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət
Valehov deyib.

Onun sözlərinə görə, araşdırmanın nəticəsi barədə ictimaiyyətə
əlavə məlumat veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə Şabran şəhər 1 saylı körpələr
evi-uşaq bağçasında uşaqlara keyfiyyətsiz verilən qida ilə bağlı
fotolar yayılıb.

Teqlər: