Şabranda karantini pozan kafenin sahibi və müştərilər cərimələnib

Xəbər - Samir Əli – Trend:

Şabranda karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkarlandı

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan AzerTimes-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar. Qanunvericiliyə uyğun olaraq obyektin sahibi M.Əsədullayev və orada olan müştərilər saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə protokollar tərtib edilib və onların hər biri 200 manat miqdarında cərimə olunublar.

Teqlər: