Şabranda bıçaqla oynayan uşaq boğazını kəsdi

Şabranda bıçaqla oynayan uşaq boğazını kəsdi

Şabran rayonunda bədbəxt hadisə baş verib.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, rayonun Padar kənd sakini, 2019-cu il təvəllüdlü İsmixanova Fatimə Müzəffər qızı yaşadığı evdə bıçaqla oynayarkən ehtiyatsızlıqdan boğazını kəsərək ölüb.

Uşağın meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: