Şabranda bacısını qətlə yetirən gəncin məhkəməsi başlayır

4 dekabr 2021-ci il tarixdə Şabran rayonu, Çaraq kənd sakini
1998-ci il təvəllüdlü Nəcibə İsayevanın qəsdən öldürülməsi faktı
üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Şabran rayon
prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı
tamamlanıb.

Şabran rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə, aparılmış
istintaqla, zərərçəkmişin qardaşı 1992-cı il təvəllüdlü Rüfət
Quliyevin birgə yaşadıqları evin həyətində şəxsi münasibətlər
zəminində aralarında yaranmış münaqişə zamanı Nəcibə İsayevaya
bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı
şübhələr müəyyən edilib.

Rüfət Quliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə)
maddələsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır
Cinayətlər Məhkəməsinə göndərilib.

Teqlər: