Şabranda ağır qəza: iki qardaş öldü

Şabranda ağır qəza: iki qardaş öldü

Şabran rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

AzerTimes xəbər verir ki, Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu Şahnəzərli kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, hərəkətdə olan VAZ-21015 markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində Şabran rayonu Gəndob kənd sakinləri, Elməddin və Əmrəli Fərzəliyevlər ölüblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Teqlər: