Şabran prokuroru vəzifəsindən azad olundu

Şabran prokuroru vəzifəsindən azad olundu

Şabran rayon prokuroru Mübariz Mehman oğlu Bayramov vəzifəsindən azad olunub.

AzerTimes xəbər verir ki, o, prokurorluqda qulluqda olmanın son yaş həddinə çatdığına görə işdən çıxarılıb.

Baş prokuror Kamran Əliyev prokurorluqda qulluqda olmanın son yaş həddinə çatan M.Bayramovu qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar prokurorluğun fəxri fərmanı ilə təltif edib.

Teqlər: