Sablya üzrə milli komandamız dünya kubokunda ikinci olub.
AzerTimes-ın məlumatına görə, Anna Başta, Sevil Bünyatova, Valeriya Bolşakova və Polina Kaspiaroviçdən ibarət kollektiv Bolqarıstanın Plovdiv şəhərində keçirilən dünya kubokunun mərhələ yarışının finalında Fransa millisinə 39:45 hesabı ilə uduzub.
Yığmamız finala gedən yolda ABŞ (45:39), Macarıstan (45:39) və Bolqarıstanı (45:39) təmsil edən komandalara qalib gəlib.