Sabirə həsr olunmuş konfrans keçirildi

Sabirə həsr olunmuş konfrans keçirildi

Milli Məclisin Mədəniyyət komitəsinin dəstəyi ilə görkəmli Azərbaycan satirik şairi Mirzə Ələkbər Sabirin 160 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

AzerTimes xəbər verir ki, tədbir onlayn rejimdə Milli Məclisin Mədəniyyət komitəsi, Mirzə Ələkbər Sabir Fondu və ADPU Quba filialının təşkilatçılığı, tanınmış şair Əkbər Qoşalının moderatorluğu ilə baş tutub.

Konfransda TÜRKSOY, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin, türk dövlətləri və topluluqlarını təmsil edən digər qurum və təşkilatların nümayəndələri, tanınmış ziyalılar iştirak edib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva tədbir iştirakçılarını salamlayaraq bu önəmli tədbirə qatıldıqlarına görə onlara öz təşəkkürünü bildirib. Q.Paşayeva Sabir yaradıcılığının İKT üzərindən daha geniş şəkildə tanıdılmasında M.Ə.Sabir Fondunun rolunu qeyd edib, fondun rəhbəri Sevda Tahirliyə Sabir irsinə layiqli şəkildə varisliyinə görə təşəkkür edib.

Teqlər: