Sabirabadda yaşayış binasında yanğın baş verdi

Sabirabadda yaşayış binasında yanğın baş verdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112″ qaynar telefon xəttinə Sabirabad rayonu, Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli yaşayış binasında mənzildə vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən AzerTimes-a bildirilib ki, məlumatla əlaqədar dərhal çağırış ünvanına FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sabirabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilin qapısını açaraq bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış 10 nəfəri xilas ediblər.

Teqlər: