Qatar avtomobili vurdu

Qatar avtomobili vurdu

Sabirabadda iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza Sabirabad rayonunun Osmanlı kəndi ərazisində qeydə alınıb. Məlumata görə, yük qatarı “QAZ-31” markalı 54 BJ 709 dövlət nömrə nişanlı minik avtomobilini vurub.

Qəza nəticəsində avtomobildə olanlardan iki nəfər ölüb, bir nəfər isə xəsarət alıb. Xəsarət alan şəxs Şirvan şəhər xəstəxanasına yerləşdirib.

Ölənlər Sabirabad rayonu Qardaşkənd kənd sakinləri, 1967-ci il təvəllüdlü Məmmədov Əflatun Dəmirqulu oğlu və 1967-ci il təvəllüdlü Məmmədov Ağasəf Əkbər oğludur.

Qəzanın təfərrüatları, xəsarət alan şəxsin kimliyi müəyyənləşdirilir.

sabirabad-qatar-avtomobil