Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 3
nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzerTimes-a verilən məlumata görə,
Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Qalaqayın
kənd sakinləri Ramil Orucov və Elşən Məmmədov saxlanılıblar.
Həmin şəxslərin ünvanlara keçirilən baxış zamanı R.Orucova məxsus fərdi
yaşayış evindən sellofan torbalarda qablaşdırılmış ümumi çəkisi 5 kiloqram 634
qram, E.Məmmədova məxsus evdən isə 140 qram marixuana aşkar olunaraq maddi
sübut kimi götürülüb.
Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində eyni
cinayət əməli ilə məşğul olan Biləsuvar rayon sakini Heydər Qasımlı da saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı 3 büküm psixotrop maddə metamfetamin
aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır.