Sabirabad şəhər sakini yaşadığı evdə ölü tapılıb.
AzerTimes xəbər verir ki, hadisə axşam saatlarında Sabirabad şəhərində qeydə alınıb.
Telman Allahverdiyevin meyiti Sabirabad şəhəri Heydər Həmidov küçəsi, dalan 5 ünvanda yerləşən evdə hamam otağında aşkar edilib.
Cəsəd Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.