Sabirabadda “KamAZ” və “BMW” toqquşub, xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində
İdarəetmə Mərkəzinə Sabirabad rayonunun Qalağayın kəndində “KamAZ”
markalı yük avtomobili və “BMW” markalı minik avtomobilinin
toqquşması barədə məlumat daxil olub.

Nazirlikdən AzerTimes-a bildirilib ki, hadisə yerinə cəlb olunan
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə
qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan
sürücünü deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq
aidiyyəti üzrə təhvil veriblər.

Teqlər: