Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabirabad rayonunun Şəhriyar kəndində ”KamAZ” markalı yük avtomobilinin yol kənarına aşması barədə məlumat daxil olub.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.