Sabirabad rayonunun Kovlar kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin tavanı və çardağının örtüyü 25 m² sahədə, yaxınlıqda ümumi sahəsi 75 m² olan talvarın yanar konsturuksiyaları 20 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.