

Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar telefon xəttinə Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.
AzerTimes xəbər verir ki, məlumatla əlaqədar FHN-in müvafiq xilasetmə qüvvələri yanğın yerinə cəlb olunublar.
İlkin məlumata əsasən, yanğın ikimərtəbəli fərdi yaşayış evində baş verib.
Yanğının kəşfiyyatı zamanı 4 nəfərin meyiti aşkar olunub.
Yanğın söndürülüb, ətrafda olan tikililər yanğından mühafizə olunub. Əlavə məlumat veriləcək.