Sabirabadın Moranlı kəndində baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.
AzerTimes Report-a istinadən xəbər verir ki, hərəkətdə olan minik avtomobili anidən idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində kənd sakinləri: 1990-cı il təvəllüdlü Adəm Tofiq oğlu Teyyubov, 2022-ci il təvəllüdlü Banu Eldar qızı Bədirova, 1996-cı il təvəllüdlü Adilə Cavanşir qızı Bədirova və 2019-cu il təvəllüdlü Babək Elvin oğlu Bədirzadə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.