Sabirabad rayonunun Qaratuğay kəndində ümumi sahəsi 196 kv.m olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.