Sabirabadda 28 yaşlı gənc faciəvi şəkildə öldü

Sabirabadda 28 yaşlı gənc faciəvi şəkildə öldü

Sabirabad rayon sakinini elektrik cərəyanı vurub.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə rayonun Polad Toğay kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Ramil Mübariz oğlu Məmmədovu iş zamanı ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: