Sabirabadda 2 maşın toqquşdu, ölən var

Sabirabadda 2 maşın toqquşdu, ölən var

Sabirabad rayonunun Poladtuğay kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Sabirabad rayonunun Poladtuğay kənd sakini Şamxal Əsgərovun idarə etdiyi “VAZ-2107” və Salyan rayon sakini H.Nəcəfovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. Nəticədə Ş.Əsgərov xəstəxanaya aparılarkən yolda keçinib.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.