Sabirabadda 2 maşın toqquşdu, biri kül oldu – Foto

Sabirabadda 2 maşın toqquşdu, biri kül oldu – Foto

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Minbaşı kəndində qeydə alınıb.

Qəza zamanı “Lifan” və VAZ markalı iki minik avtomobili toqquşub. Daha sonra VAZ markalı minik avtomobili yanaraq kül olub.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: