Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzerTimes-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayon sakini Ş.Abusovun qeyd edilən qayda pozuntusuna yol verdiyi və rayon ərazisində qanunsuz olaraq pirotexniki vasitələrin satıldığı müəyyən edilib.
Sonuncu tərəfindən satılan pirotexniki vasitəsilər şöbə əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.