Atam heç bir ağır xəstəlikdən əziyyət çəkmirdi.
Bu sözləri AzerTimes-a şair Emin Piri atasının vəfatı haqda danışarkən deyib.
“Atamın sağlamlığı ilə bağlı o dərəcədə də şikayəti yox idi. Bu gün doğulduğu Cəlilabad rayonu, Adnalı kəndində dəfn etdik. Yas mərasimi isə Sumqayıt şəhərində keçiriləcək”, – Emin Piri bildirib.
Qeyd edək ki, tanınmış şair Sabir Yusifoğlu bu gün vəfat edib.