Vətəndaş Həmrəyliyi Partiyası sədri, millət vəkili Sabir Rüstəmxanlı Müsavat Dərvişoğlunu İYİ Pariyanın sədri seçilməsi münasibəti ilə təbrik edib.
AzerTimes təbrikin mətnini təqdim edir:
“Sizi İYİ Partiyanın sədri seçilməyiniz münasibətilə təbrik edirəm. Qardaş Türkiyə Cumhuriyyətinin siyasi mühitində qısa müddət ərzində özünəməxsus mövqeyi olan İYİ Partiya hər zaman milli mövqeyi və qətiyyəti ilə seçilib. Sizinlə illərə dayanan şəxsi tanışlığımız məndə əminlik yaradır ki, İYİ Partiya rəhbərliyiniz dönəmində daha böyük uğurlara imza atacaq. Bir daha Sizi yeni görəviniz münasibətilə təbrik edir, işlərinizdə və fəaliyyətinizdə uğurlar arzulayıram”.