Xəbər - Samir Əli – Trend:
Bakıda ehtiyatda olan polis polkovnikini qətlə yetirməkdə təqsirləndirilən şəxsin barəsində olan cinayət işinin istintaqı başa çatıb.
AzerTimes-ın məlumatına görə, qətli törətməkdə təqsirləndirilən Elmar Hüseynovun cinayət işinin materialları baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.
Xatırladaq ki, qətl hadisəsi ötən il sentyabrın 24-də saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində baş verib. 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlunun yaşadığı evdə çoxsaylı bıçaq zərbələri vurulmaqla xüsusi amansızlıqla qətlə yetirilib.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisəmi törətməkdə təqsirləndirilən Elmar Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.
Qətlə yetirilən T.Tağıyev uzun müddət daxili işlər orqanlarında çalışıb və 2017-ci ildə yaşa görə təqaüdə göndərilib. Polis polkovniki T.Tağıyev Bakının Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsindəki evində tək olarkən qətlə yetirilib. T.Tağıyevin sabiq prokuror Yusif İldırımzadənin qardaşı Yunis İldırımzadənin qohumu olduğu bildirilir.