Sabiq prezident həlak oldu, ölkədə matəm elan edildi

Sabiq prezident həlak oldu, ölkədə matəm elan edildi

Çilinin keçmiş prezidenti və milyarder Sebastyan Pinyera helikopter qəzasında ölümünə görə ölkədə milli matəm elan olunub.

AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, qəza zamanı sabiq prezident özü də sükan arxasında olub:

“Havaya qalxdıqdan az sonra “Robinson R66” helikopteri And dağlarının ətəklərində qəza edərək gölə düşüb. Sabiq prezidentlə 3 nəfər də uçub, onların hamısı xilas edilib. Pinyeranın boğulduğu güman edilir. Helikopter təxminən 40 metr dərinlikdədir”.

Qəzanın səbəbi barədə məlumat verilmir.

Teqlər: