Sabiq prezident axtarışa verildi

Sabiq prezident axtarışa verildi

Perunun sabiq prezidenti Alexandro Toledo və xanımı Eliana Karpın həbsinə dair yerli məhkəmə qərar çıxarıb. Onlar çirkli pulların yuyulmasında və rüşvətxorluqda ittiham olunurlar.

Keçmiş prezident barəsində axtarış elan olunub. Xarici KİV-lərin məlumatına görə, sabiq dövlət başçısı ABŞ-da gizlənir. Qeyd edək ki, Toledo dövlət başçısı vəzifəsini 2001-2006 illərdə tutub.