Sabiq prezident 10 il azadlıqdan məhrum edildi

Sabiq prezident 10 il azadlıqdan məhrum edildi

Bir müddət əvvəl Boliviyada prezident səlahiyyətlərini icra edən Cenin Anez 10 il müddətinə azadlıqdan məhrum edilib.

AzerTimes xəbər verir ki, o, 2019-cu ildə dövlət çevrilişi işində təqsirli bilinib.

Məhkəmənin hökmü ilə C.Anez “vəzifə borcunu pozma” və “konstitusiyaya zidd qərar qəbul etmə” ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, C.Anez 2019-cu il noyabrın 12-dən 2020-ci il noyabrın 8-dək prezident səlahiyyətlərinin icraçısı olub. Onun müvəqqəti prezidentliyi dövlət zorakılığı, azad sözə məhdudiyyətlər və əsassız həbslər kimi çoxsaylı insan hüquqları pozuntuları ilə səciyyələnirdi.

Teqlər: