Sabiq nazir: Ziya Məmmədov həyasızcasına bunu edir

Sabiq nazir: Ziya Məmmədov həyasızcasına bunu edir

Dövlət rəhbərliyi səviyyəsində istənilən qərar, bir qayda olaraq, aşağıda oturan iri ranqlı məmurların təşəbbüsü ilə qaldırılaraq qəbul olunur. Bu idarəçiliyin normal bir formasıdır. Lakin bizdə “iri ranqlı” məmurların böyük əksəriyyətinin korrupsiyaya bulaşması səbəbindən onların təşəbbüsü ilə qəbul edilən qərarların əksəriyətinin sonu da acınacaqlı olur.

AzerTimes xəbər verir ki, bu sözləri sabiq maliyyə naziri, professor Fikrət Yusifov paylaşıb.

O bildirib ki, bu yanaşma kadrların seçilib təyin olunmasından tutmuş fəaliyyəti ilə bir-birini təkrarlayan yeni idarəçilik qurumlarının yaradılmasına, ayrı-ayrı layihələrin reallaşdırılmasına qədər, demək olar ki, hər sahəni əhatə edir:

“Baxın: son illər ərzində kimlərinsə aşağıdan təşəbbüsü ilə yüksək vəzifəyə təyin olunub, sonradan həbs edilmiş və ya bir başqa formalarda cəzalandırılmış nə qədər rəhbər vəzifəli şəxslər var və ya nə qədər qurum təmtəraqla yaradıldıqdan az müddət sonra ləğv edilib? Nə qədər layihələr səmərəsiz şəkildə reallaşdırılması nəticəsində dövlətə milyardlarla manat zərər vurulub? Otuz il təminat verilmiş Bakı-Quba yolu üç ildən sonra dağılmağa başladı. Bu gün o yolun böyük bir hissəsi yenidən qurulur, yolun beton səthi sındırılaraq çıxarılır və asfalt üçün yeni özül yaradılır. Bütün bunlar ciddi xərclərdir və təbii ki, dövlət büdcəsinin vəsaitləri hesabına edilir. O yolu bu günə salan keçmiş nəqliyyat naziri Ziya Məmmədov bu uğursuz layihəyə görə ən ağır cəzaya layiq olduğu halda (onun rəhbərliyi dövründə buna bənzər saysız-hesabsız layihələr reallaşdırılıb), vəzifədən getdikdən sonra nəvəsinə bir milyon dollar dəyərində oyuncaq avtomobil hədiyyə edib, bunu da həyasızcasına xalqa nümayiş etdirir. Yəni bu cəmiyyətdə doğrudan da bütün ölçülər, bütün dəyərlər itib?”

Sabiq nazir bildirib ki. digər missal Formula-1 yarışlarıdır:

“Vaxtılə bir məmur bu təşəbbüslə ölkə rəhbərliyini inandırıb ki, belə bir yarışın illər uzunu Bakıda keçirilməsi bizə böyük dividendlər gətirəcək. Təşəbbüs yaxşıdır, ancaq onun paytaxtımızın göbəyində keçirilməsi nəticəsində bu şəhərdə onsuz da çox acınacaqlı vəziyyətdə olan nəqliyyatın hərəkətinin iflic ola biləcəyini nədənsə heç kim düşünməyib. Bu yarış təbii ki, Azərbaycana bəlli dividendlər gətirir. Ancaq kimsə bu dividentlərlə insanların saatlarla tıxaclarda üzləşdikləri min bir əziyyəti, yolların bağlanması səbəbindən minlərlə ticarət obyektlərinin üzləşdiyi milyonlarla manat zərəri bir tərəziyə qoyub, müqaisə edə bilibmi? Mən hələ bu yarışın təşkilinə çəkilən milyonlarla manat birbaşa xərclərdən danışmıram. Deyirlər bu təşəbbüsü ölkəyə keçmiş gənclər və idman naziri Azad Rəhimov gətirib. Mən onu şəxsən həyatda yaxından tanımamışam. Ancaq onu tanıyanların hamısı bir ağızdan deyirlər ki, “yaxşı oğlan” idi. Bəs bu “yaxşı oğlan” özündən sonra belə bir mirasın ona nə qazandıracağını heçmi düşünə bilməmişdi?”

Teqlər: