Sabiq icra başçısı Saleh Rüstəmli əfv edildi

Həbsdə olan Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmli əfv
edilib.

Trend xəbər verir ki, onun adı Prezident İlham Əliyev tərəfindən
imzalanan Əfv Sərəncamında yer alıb.

Xatırladaq ki, uzun müddət Rusiyada yaşayan S.Rüstəmli 2018-ci
ildə Bakıya gəldikdən sonra həbs olunub. O, narkotik maddələri
saxlamaqda ittiham edilib. Sonradan cinayət işinə S.Rüstəmlinin
Rusiyada qeyri-qanuni sahibkarlıqla məşğul olması, gəlirlərini
dövlətdən gizlətməsi ittihamları əlavə olunub.

Teqlər: