Sabiq FTB direktoru etiraf etdi

Sabiq FTB direktoru etiraf etdi

ABŞ Federal Təhqiqatlar Bürosunun sabiq direktoru Ceyms Komi vəzifədən kənarlaşdırılmasının səbəbini açıqlayıb.

Onun sözlərinə görə, onun FTB direktoru vəzifəsindən azad olunmasına səbəb ölkədə keçirilmiş prezident seçkilərinə Rusiya müdaxiləsinin araşdırılması olub.

Senatın kəşfiyyat üzrə xüsusi komitəsində keçirilən dinləmələr zamanı senatorlardan biri Ceyms Komidən vəzifədən getməsinə səbəbin Rusiya müdaxiləsinin istintaqının olub-olmadığını soruşub.

Bəli, mən belə hesab edirəm, çünki prezident bu cür deyib”, – deyə Komi qeyd edib.