“Naxçıvan” Universitetinin qurucusu, Naxçıvan Ali Məclisinin uzun müddət deputatı olmuş professor İsmayıl Əliyevə ağır itki üz verib.
AzerTimes Publika.az-a istinadla xəbər verir ki, İ.Əliyevin oğlu İsrafil ötən gün qəfil vəfat edib.
Onun ürək tutmasından həyatını itirdiyi bildirilib.
Qeyd edək ki, İsmayıl Əliyev 10 il “Naxçıvan” Universitetinin rektoru olub və uzun müddət deputat kimi Ali Məclisdə təmsil olunub.