Naftalanda sabiq icra başçısının qardaşı oğlu yol qəzasında ölüb.
AzerTimes Report-a istinadən xəbər verir ki, 1990-cu il təvəllüdlü Cavid Müsəllim oğlu Quliyevin idarə etdiyi VAZ-2107 markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq maneəyə çırpılıb.
Qəza nəticəsində sürücü aldığı xəsarətdən hadisə yerində keçinib.
Qeyd edək ki, C.Quliyev Goranboy Rayonun İcra Hakimiyyətinin sabiq başçısı, həbsdə ölən Nizaməddin Quliyevin qardaşı oğlu olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.