Sabiq bank rəhbərinin bütün əmlakı müsadirə edildi – SİYAHI

Xəbər - Samir Əli – Trend:

“Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri olmuş Nadir
İsmayılovun əmlakları müsadirə olunub.

AzerTimes-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər
Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilən
Nadir İsmayılovun əmlakları zərərin ödənilməsinə yönəldiləcək.

Məhkəmənin hökmü ilə Nadir İsmayılovun üzərinə həbs qoyulan
aşağıdakı əmlakları müsadirə edilib:
– Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 117B, mənzil 42 və
43
– Xətai rayonu, Babək prospektində yerləşən 0,3809 kv.m torpaq
sahəsi, ünvan 11 ünvanda yerləşən 0,0804 ha torpaq sahəsi
– Nəsimi rayonu, ünvan 12-də yerləşən qeyri-yaşayış sahəsi
– Xətai rayonu, Babək prospekti 8/10 (10-cu Zavod-8) ünvanda
yerləşən 733,7 kv.m qeyri-yaşayış sahəsi
– Bakıda yerləşən daha bir mənzil
– Ailə üzvləriin adına olan 0,18 hektar kənd təsərrüfatı təyinatlı
torpaq sahəsi
– Başqa bir yaşayış evi
– “Jeep Wrangler”, “Mersedes Benz S500”, “Bentley Continental” və
“Mersedes Benz G63 AMG” markalı maşınlar.

Nadir İsmayılov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsi tərəfindən həbs edilib. N.İsmayılov 2010-2015-ci
illərdə banka məxsus külli miqdarda pul vəsaitini mənimsəməklə
“Zaminbank” ASC-nin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm
zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə
suçlanır. Onun ayrı-ayrı şəxslərə qarşı 5 milyon 175 min manatlıq
dələduzluq etdiyi də bildirilir. N.İsmayılov Cinayət Məcəlləsinin
mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və
dələduzluq maddələri ilə ittiham edilir

Teqlər: