Əlverişsiz hava şəraiti ilə əlaqədar sabah İstanbulda yerləşən Sabiha Gökçen beynəlxalq hava limanında uçuşların sayı azaldılacaq.
AzerTimes Türkiyə mediasına istinadən xəbər verir ki, yerli vaxtla sabah saat 15:00-a qədər uçuşların sayı 5 faiz azaldılacaq.
Bütün sərnişinlərə uçuşların son vəziyyətini müvafiq aviaşirkət vasitəsilə izləmələri tövsiyə olunub.